شعرخوانی آذری | گونده گولسون
شعرخوانی آذری | گونده گولسون
در این بخش، متن و کلیپ کامل شعرخوانی آذری با عنوان «گونده گولسون» را به مدت دقیقه 2 مشاهده می فرمائید.
عشق بیر داغدی اونون اوستونده حکدی ایرانیم
آند اولا عشقه بوتون دنیاده تکدی ایرانیم
بوی آتوب رشد ایلیوب اوندا اوجامان سرولر
مهربان تپراقدی وسعتلی اَتکدی ایرانیم
بیر اوئوج اوندان گوتور اییگله ئوپوب قوی آلنوا
بیر مقدس ئولچودی دوزگون محکدی ایرانیم
آلتی یئدّی قافیه گوجلی دگولدی یازمادیم
یازدیم اما مهبطِ حور و مَلَکدی ایرانیم
من دئسم ساغدان صولا صلح و صفادی هر طرف،
سیز دئیون باشدان باشا گولدی چیچکدی ایرانیم
گول دئیون گول باغلیون گول گوندرون یولداشلار
گونده گولسون گونده شاد اولسون گرکدی ایرانیم
آی فلک وار بعضی سوزلر کی دانیشماق اولمیور
گَل وفاسیزلار اَلیندن گور نه چکدی ایرانیم
باخ صاباحلاردا یاشیل بایراقلارا شاعر دنن
باغچاسیندا تاریخین آزادلیق اَکدی ایرانیم
فرقی یوخ یا من دئیوم یا سن دئنن یا گنجَوی
پیکر اولسا یکسره عالم، ئورکدی ایرانیم
"Gündə Qülsün"
Eşq Bir Dağdi, Ounun üstündə Həkkidi İranım
An ola eşqə bütün dünyadə təkdir İranım
Boy atub rüşd eyliyub onda ucaman sərvilər
Mehriban topraqdı vüsətli ətəkdir İranım
Bir Ovuc ondan götür iylə öpüb qoy alnuva
Bir müqəddəs ölçüdü düzgün məhəkdir İranım
Altı yeddi qafiyə güclü dəgüldü yazmadım
Yazdım amma məhbəti hur o mələkdir İranım
Mən desəm sağdan sola sülhu səfadı hər tərəf,
Siz deyün başdan başa güldü çiçəkdir İranım
Gül deyün, gül bağlıyun, gül göndərün yoldaşlar
Gündə gülsün, gündə şad olsun gərəkdir İranım
Ay fələk var bəzi sözlər ki danışmaq olmiyur
Gəl vəfasızlar əlindən gör nə çəkdir İranım
Bax sabahlarda yaşıl bayraqlara söylə şair
Baxçasında tarixin azadlıq əkdir İranım
Fərqi yox ya mən deyüm ya sən denən ya gəncəvi
Peykər olsa yeksərə aləm, ürəkdir İranım
افزودن دیدگاه جدید